1. 1. Viktorina – səyyar rabitə operatoru olan “Azerfon” (Azerfon MMC) şəbəkəsinin istifadəçiləri olan “Azərfon MMC” abunəçiləri arasında (onun mobil şəbəkəsindən dövri ödənişlərin çıxılması şərti əsasında) teşkil edilən və keçirilən “Abunəlik üzrə Viktorinadır”

2. 2. Viktorina 5552 (Viktorinanın nömrəsi) qısa nömrəsinin istifadəsi ilə keçirilir, bunun əsasında İştirakçıya beş cavabı olan sual teklif edilir, İştirakçı öz növbəsində cavabların arasından bir düzgün olan cavabı seçməlidir. Hər düzgün cavaba görə İştirakçı ballar qazanır

Gundəlik mükafatın Qalibinin müəyyənləşdirilməsi cari günün nəticələri üzrədir(gün AZT 09:00:00-dan 23:59:59-dək olan müddət hesab edilir)

3. 3. Viktorina Azərbaycan Respublikasının ərazisində keçirilir

Keçirilən Viktorinanın təcili dayandırıldığı halda Viktorinanın Təşkilatçısı (http://quiz.narzone.az/) saytında Viktorinanın dayandırıldığı haqqinda məlumat yerləşdirəcək.

4. Viktorinanın İştirakçısı – səyyar rabitə operatoru “Azərfon” MMC ilə abunə müqaviləsi üzrə tərəf olan, “Azərfon” MMC-nin istənilən filialının ərazisində abunə müqaviləsini imzalamış, “Abunəlik üzrə Viktorina” -nın xidmətindən istifadə edən və 5552 qısa nömrəsinə SMS - məlumat göndərmək nəticəsində abunə şərtləri ilə Viktorinada iştirak etmək istəyini bəyan etmiş fiziki şəxsdir.

5. Təşkilatçının, Operatorun və bu Viktorinanın keçirilməsində texniki dəstək göstərən şirkətlərin işçiləri və nümayəndələrinin, habelə bu cür işçilərin və şirkət nümayəndələrinin ailə üzvlərinin Viktorinada iştirakı qadağandır.

6. Viktorinada iştirak edərkən İştirakçılara SİM –kartlı mobil telefondan ibarət olan abunəçi qurğusundan başqa istənilən avadanlıqdan istifadə etmək qadağandır. İştirakçılara Viktorinanın 5552 Nömrəsinə kütləvi SMS -məlumatların göndərilməsi üçün xüsusi proqram təminatından istifadə etmək qadağandır.

7. Yuxarıda göstərilmiş tələblərə uyğun gəlməyən İştirakçılar Viktorinada iştirak etmək və mükafatları almaq hüququndan məhrumdurlar.

8. Viktorinada iştirak abunə modeli əsasında təqdim edilir. Abunənin dəyəri ƏDV daxil olmaqla gündə 0,20 AZN təşkil edir. Viktorinaya abunəlik xidmətindən imtina etmək üçün SMS-məlumat vasitəsi ilə “STOPQ+” yazıb 5552 qısa nömrəsinə göndərmək lazımdır.

9. Viktorinanın təşkilatçısı: Zed Azerbaijan LLC

10. Viktorinanın keçirilmə alqoritmi:

11. Abunəçi, Viktorinada iştirak etmək üçün 5552 nömrəsinə SMS –məlumat vasitəsi ilə Quiz, Viktorina göndərməklə və ya *505# ussd kodu yigmagla abunə olmalıdır. 5552 qısa nömrəsinə məlumatların göndərilməsi tarifləşdirilmir. Abunəlik xidmətinin qiyməti ƏDV daxil olmaqla 0,20 AZN-dir.

12. İştirakçı Viktorinın birinci sualını və cavab variantlarını əldə edir. İlk suala cavab viktorinanın təklif və şərtləri ilə razılışmaq mənasına gəlir. Viktorinanın suallarına cavabları 5552 nömrəsinə göndərmək lazımdır. Göstərilən nömrəyə Cavablarlın mesajla göndərilməsi pulsuzdur.

13. İçərisində Viktorinanın sualına cavabın olduğu hər bir SMS –məlumatın cavabında İştirakçı özündə aşağıdakıları ehtiva edən 1 SMS –məlumat alır:
1) Bu cavabın doğru olub - olmaması haqqında informasiya.
2) Viktorinanın növbəti sualı.

14. Abonentə gündəlik gələn sualların sayi 5 (beş) ilə məhdudlaşır.

15. Viktorinada iştirak etmək, Viktorinanın suallarına cavab vermək, Viktorinaya abunəliyi ləğv etmək üçün 5552 qısa nömrəsinə məlumatların göndərilməsinə görə haqq tutulmur.

16. Viktorinanın sualları ilə SMS – məlumatlar, habelə informasiya məlumatları, Viktorinanın keçirilməsi çərçivəsində İştirakçılara göndərilən stimulə edici göndərişlər İştirakçılar üçün pulsuzdur.

17. AZT 23:59:59-da Viktorinanın sualları üzrə yekun nəticə çıxarılır. Ən çox xal toplayaraq ən az vaxt sərf edən İştirakçı Qalib gəlmiş sayılır.

18. Keçmiş gün üzrə Viktorinada qalib gəlmiş iştirakçıya 5552 qısa nömrəsindən qalib gəldiyi haqda pulsuz SMS – məlumat göndərilir.

19. Xalların saxlanması

Müvafiq günün Viktorinasının yekunları vurulduqdan sonra bütün xallar yanır və növbəti günə keçmir.

20. Qalibin müəyyən edilməsi

Viktorinanın əsas sualları üzrə, cari gün ərzində maksimal miqdarda xal toplayaraq ən az vaxt sərf edən İştirakçı günün Qalibi hesab edilir və mükafat alır. MÜKAFAT – 30 AZN.

21. İştirakçının Qalib olması barədə məlumatlandırılması.

Hər həftənin birinci günü xidmət meneceri son 7 günün qaliblərinin siyahısını yığaraq onları “Azerfon MMC”–nin selahiyyətli şəxsinə istiqmətləndirir. “Azerfon MMC”–nin səlahiyyətli şəxsi öz növbəsində qalib gəlmiş şəxslərin hər birinin hesabına 30 AZN əlavə etdikdən sonra öz cavabında xidmət menecerine bu haqda məlumat verir.